Buckingham sarayı önündəki qarovulda ilk dəfə olaraq dənizçilər də iştirak edib

моряки у ворот Букингемского дворца
Şəklin alt yazısı, Dənizçilər mərasimdə ilk dəfə olaraq iştirak edib.
Çap edildi

Londonda Buckingham sarayı önündəki fəxri qarovulun dəyişməsi ənənəsi 357 ildir ki davam edir, lakin Kral Hərbi Dəniz Qüvvələrinin əsgərləri bu mərasimdə ilk dəfədir ki iştirak edib.

Fəxri qarovulun dəyişməsi ilə əlaqədar keçirilmiş paradda 86 dənizçi iştirak edib.

Parad iştirakçıları Kral Hərbi Dəniz Qüvvələrinin 45 gəmisini təmsil edib.

Bazar günü səhər saatlarında keçirilmiş mərasimə hərbi dənizçilər bir ay ərzində hazırlıq aparıb.

полковой оркестр
Şəklin alt yazısı, Qarovulun dəyişməsi mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilir.

Bu fəxri mərasim, bir qayda olaraq, Kral qvardiya diviziyasına daxil olan beş qvardiya alayından birisi tərəfindən həyata keçirilir.

Britaniyada 2017-ci il "hərbi dəniz qüvvələri" ili elan olunduğundan, dənizçilərə Buckingham sarayı qarşısında fəxri qarovulun dəyişməsi mərasimində iştirak etmək imkanı verilib.

моряки идут строем
Şəklin alt yazısı, Parad iştirakçıları Kral Hərbi Dəniz Qüvvələrinin 45 gəmisini təmsil edib.
моряки у казарм Веллингтона

Hərbi dənizçilər eləcə də Londonun St James, Windsor və Tower sarayları önündə də keşik çəkəcək.

Туристы в ожидании церемонии
Şəklin alt yazısı, Buckingham sarayı qarşısında fəxri qarovulun dəyişməsi Londona gələn turistlərin diqqətini çəkən tamaşalarından biridir.
Videonun alt yazısı, Buckingham sarayı önündə fəxri qarovulun dəyişməsi mərasimində dənizçilər də ilk dəfə olaraq iştirak edib.