Slobodan Praljak məhkəmədə zəhər içdikdən sonra ölüb

Slobodan Praljak in court at The Hague, 29 November
Çap edildi

Bosniyalı xorvat müharibə cinayətkarı Haaqa məhkəməsində apelyasiya şikayətinə dair qərarın verildiyi an zəhər içdikdən sonra xəstəxanada həyatını itirib.

72 yaşlı Slobodan Praljak məhkəmə qarşısına çıxarılmış Bosniya xorvatlarının altı siyasi və hərbi liderlərindən biridir. Onun ölümündən sonra, BMT məhkəməsi məhkəmə zalının bir "cinayət yeri" olduğunu deyib.

O, 4 il əvvəl Şərqi Mostar şəhərində müharibə cinayətlərinə görə 20 illik həbs cəzası alıb.

Bu barədə qərarın təsdiqlənməsi vaxtı o, hakimə "Mən zəhər qəbul edirəm" deyib.

1992-1995-cü illərdəki Bosniya müharibəsi vaxtı, Bosniya müsəlmanları və xorvatlar bir-birilərinə qarşı vuruşub.

O, bu müharibədə Mostar şəhərində törədilən cinayətlərə görə həbs edilib.