Televiziya aparıcısının geyiminə görə araşdırma

File photo of Shireen al-Rifaie
Şəklin alt yazısı, Aparıcı Shireen al-Rifaie "abırlı" paltar geyindiyini təkid edir
Çap edildi
Oxuma vaxtı: 1 dəq

Səudiyyə hakimiyyət orqanları qadınların sürücülük qadağasının sona çatdığını xəbər verərkən "abırsız" geyimdə olduğu üçün qadın televiziya aparıcısını araşdırır.

Aparıcı Shireen al-Rifaie kamera qarşısında olanda külək onun uzun paltarını - abayasını açıb və altındakı paltarlar görünüb.

Bu görüntü onlayn platformada qəzəb yaradıb və "Riyadda_lüt_qadın_sürücü" ("naked_woman_driver_in_Riyadh") ərəb həştəqi ilə yayılaraq tənqidə səbəb olub.

Dubayda yerləşən Al Aan TV-də işləyən səudiyyəli aparıcı Shireen al-Rifaie hər hansı bir səhvə yol vermədiyini deyib.

Səudiyyə Ərəbistanının kral ailəsi və dini quruluş sünni İslamın sərt versiyası olan vəhabilik məzhəbini yürüdür.

Hakimiyyət orqanları onilliklər ərzində ciddi geyim qaydaları tətbiq edib. Burada müsəlman qadınlar ictimaiyyət arasında abayə və baş örtüyü geyinməlidirlər.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Presentational white space

Ancaq mart ayında vəliəhd şahzadəsi Məhəmməd ibn Salman qadınların abaya geyinməyə məcbur olmadıqlarını və sadəcə "həyalı" geyinməyin lazım olduğunu deyib.

Audiovizual Media üzrə Səudiyyə Baş Komissiyası çərşənbə axşamı Twitter-də yazıb ki, adı açıqlanmayan televiziya aparıcısının videosu ilə əlaqədar araşdırma aparıldığını deyib. Buna səbəb onun "abırsız, qayda və təlimatları pozan geyimdə" görünməsidir.

Aparıcı Shireen al-Rifaie bu iddianı rədd edib. O, Səudiyyə Ərəbistanı xəbər agentliyi Ajel-ə deyib ki, "mən abırlı paltar geymişdim və Allah mənə söylənilənlərin həqiqətini meydana çıxaracaq".