Britaniya "casus" daşının olduğunu etiraf edib

casus cihazı
Çap edildi

Sabiq Britaniya rəsmisi etiraf edib ki, 2006-cı ildə Rusiya televiziyası ilə göstərilən daş şəklindəki “casus” cihazı həqiqətən də istifadə olunub.

BBC-də yayımlanacaq “Putin, Rusiya və Qərb” filmində bunları Tony Blair dəftərxanasının sabiq rəhbəri Jonathan Powell etiraf edib.

Britaniya ünvanına ittihamlar ilk dəfə Rusiya televiziyası ilə 2006-cı ildə səsləndirilib.

Ötürücü ilə təchiz olunmuş daş Britaniya kəşfiyyatı barədə verilişdə efirə gedib.

Bundan sonra Rusiya təhlükəsizlik xidməti “Moskvada keçirilmiş uğurlu əməliyyat nəticəsində səfirlikdə işləyən 4 Britaniya kəşfiyyatçısının fəaliyyətinə "son qoyulduğunu” bildirib.

2006-cı ildə Britaniya Xarici İşlər Nazirliyi irəli sürülən ittihamlarla bağlı təəssüfləndiyini bildirdi, baş nazir isə qalmaqal barədə televiziyadan xəbər tutduğunu dedi.

Hazırda sabıq baş nazirin admnistrasiyasının aparıcı rəsmisi hadisənin həqiqətən də yer aldığını təsdiqləyib.

Jonathan Powell daşla bağlı qalmaqalın Britaniyanı çətin vəziyyətə saldığını deyib:

“Onlar bizi tutdular”.

Hadisə fonunda Rusiya qərbi qeyri-hökumət təşkilatlarının gizli dəstəklənməsində ittiham edərək qeyri-hökumət təşkilatlarının maliyyələşdirmə qaydalarını sərtləşdirdi.