Davudoğlu Brüsselə səfərini təxirə salıb

Ahməd Davutoğlu
Çap edildi

Türkiyə Xarici İşlər naziri Brüsselə bugün nəzərdə tutduğu səfərini təxirə salıb.

Buna səbəb bu gün Fransa Senatında "erməni soyqırımı" inkarını kriminallaşdıran qanun layihəsinin müzakirə və səsverməyə çıxarılacağıdır.

"Fransa Senatında səsvermənin nəticəsindən asılı olmayaraq biz səfəri təxirə salmaq qərarına gəldik", Türkiyə XİN rəsmisi AFP agentliyinə bildirib.

Fransa senatorları "erməni soyqırımı" inkarı qanun layihəsini məhz bu gün müzakirə etməyi nəzərdə tuturlar.

Fransa parlamentinin aşağı palatası artıq bu qanun layihəsini təsdiqləyib.

Sənəddə “soyqırımı” inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro məbləğində cərimə olunması nəzərdə tutulur.

Davutoğlu gözlənildiyi kimi bugünə nəzərdə tutulmuş Avropa İttifaqı Xarici İşlər nazirlərinin görüşünə qatılmalı idi.

Həmin görüşdə Aİ-nın İrana qarşı sanksiyaları müzakirə olunacağı gözlənilir.