Karzay höküməti Talibanla dialoqa başlamaq niyyətindədir

Şəklin mənbəyi, Getty
Çap edildi
Əfqanıstan höküməti yaxın həftələr ərzində Taliban hərəkəti nümayəndələrilə görüşmək niyyətindədir.
Danışıqların Səüdiyyə Ərəbistanında təşkil olunacağı gözlənilir.
Bu cür danışıqlar münaqişə tarixində ilk dəfə olaraq keçiriləcək.
Eyni zamanda ABŞ Talibanla əlaqə qurmaq istiqamətində də səylər göstərir. Taliban hərəkatı Qətərdə nümayəndəliyini açmağa hazırlaşır.
Taliban təmsilçilərinin ABŞ nümayəndələrilə görüşüb-görüşmədikləri barədə bir məlumat yoxdur.
Əfqanıstan prezidenti Həmid Karzay dəfələrlə bildirib ki, onun qənaətincə istənilən sülh danışıqları əfqanlar arasında aparılmalıdır.
Lakin son zamanlaradək Taliban buna qarşı çıxırdı, çünki Taliban hazırkı Əfqan hökünmətiniin legitimliyini tanımır.




















