Avropada şaxtalı hava şəraiti onlarla adamın ölümünə səbəb olub

Ukrayna. Avropada şaxtalı hava şəraiti onlarla adamın ölümünə səbəb olub.
Çap edildi

Avropada güclü şaxta və qar nəticəsində şiddətli soyuqlar düşüb, havanın temperaturu kəskin dərəcədə düşüb.

Şaxtalı, qarlı hava şəraiti Ukrayna və Polşada insan tələfatına səbəb olub.

Beləki, xəbərlərə görə, Ukraynada soyuqdan azı 18 nəfər həlak olub, Polşada ölənlərin sayı 10 nəfərə çatıb.

Serbiayda soyuqdan 3 nəfər ölüb, Bolqarıstanda - 1 nəfər.

Ukrayna rəsmiləri son 3 gün ərzində donvurma və hipotermiya diaqnozu ilə 500-dək adamın tibbi müəssisələrə müraciət etdiyini bildiriblər.

Ukrayna mətbuatı xəbər verir ki, həmin müddət ərzində 17 min adam 1500-ə yaxın sığınacaqda şaxtadan qurtula bilmişdi.

Associated Press agentliyinin məlumatına əsasən, gündüz vaxtı havanın temperaturu -16C dərəcəyədək enmişdisə, gecə temperatur -23C dərəcəyədək düşmüşdü.

Ukrayna Fövqəladə Hallar nazirliyinin məlumatına görə, şaxtadan ölənlərdən 12 nəfəri evsiz-eşiksiz olanlardır. Onların meyiti kücələrdə aşkar edilib.

Polşada ötən cümə günü gavanın temperaturu -26C dərəcəyə enib.

Polşada ölənlər arasında evsizlər və yaşlı insanlar olub.

Polşada yerli sinoptiklər xəbərdarlıq ediblər ki, yaxın günlərdə havanın temperaturu enməkdə davam edə bilər, və gündüz -20C, gecə isə -30C dərəcəyə çatacağı proqnozlaşdırılır.

Serbiyada şaxtalı hava 1 qadın və 2 yaşlı kişinin ölümünə səbəb olub.

Bolqarıstanda soyq hava şəraiti 1 nəfərin ölümünə səbəb oldub.

Bolqarıstan paytaxtı Sofiyada və Çexiya paytaxtı praqada fövqəladə hallar üçün nəzərdə tutulan və istilik və yeməklə təmin olunan sığınacaqlar yaradılıb.