Obama-Saakaşvili görüşü gözlənilir

Şəklin mənbəyi, AFP
ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə Gürcüstan prezidenti Mixail Saakaşvilini qəbul edəcək.
Görüş Çikaqo səhərində keçirilməsi gözlənilən NATO sammiti ərəfəsi baç verir.
Bu amili Tbilisi rəsmiləri qabartsalarda, Gürcüstanın müstəqil təhlilçiləri hesab edirlər ki, ölkənin hazırda NATO təşkilatına qəbul olunmaq şansları, demək olarkı, yox dərəcəsindədir. Şərhçilər düşünür ki, NATO üzvlüyü məsələsində Obama Saakaşvaliyə həddən ziyadə xülyalara dalmamağı məsləhət görəcək.
Gürcüstanlı təhlilçilər son zamanlar Vaşşinqtonla Tbilisinin münasibətlərində müəyyən sərinləşmənin davam etdiyini qeyd edirlər.
Ekspertlər hesab edir ki, Vaşinqton bu görüşlə eyni zamanda Moskvaya da müəyyən siqnalaar göndərir.
Beləki Moskva son vaxtlar Vaşinqtonu bəzi məsələlərdə məyus edib - raketlərdən müdafiə sistemi məsələsində, İran və Suriya məsələlərində Ağ Ev Kremli dilə tuta bilməyib.
Bunlardan əlavə, təhlilçilər qeyd edir ki, bu günkü görüş Saakaşviliyə Moskvanın Dünya Ticarət Təşkilatına qəbulu zamanı veto hüququndan istifadə etmədiyiinə görə vaşinqtonun mükafatı kimi də qiymətləndirmək olar.




















