ABŞ Gürcüstanın NATO təşkilatına inteqrasiya olunmaq niyyətini dəstəkləyir

Şəklin mənbəyi, AP
ABŞ prezidenti Barak Obama Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb.
İlk dəfə olaraq Gürcüstan prezidenti Barak Obama tərəfindən Ağ Evdə qəbul edilib.
Görüşdən sonra Gürcüstan prezidenti Mixail Saakaşvilini keçirilmiş danışıqları "məhsuldar" adlandırıb.
Görüşün gedişində, Barak Obama qeyd edib ki, ABŞ Gürcüstanın NATO təşkilatına inteqrasiya olunmasına və bu təşkilata üzv olmaq istiqamətində göstərdiyi səylərinə dəstək göstərməkdə davam edəcək.
ABŞ prezidenti Gürcüstanda son illər ərzində keçirilən islahatları qeyd edib. Onun təbirincə, "ABŞ Gürcüstanda aparılan və qanunun aliliyi və demokratikləşməni qarşısına məqsəd qoyan islahatları dəyərləndirir".
ABŞ prezidenti Gürcüstan haqda xoş sözlər deyərək, Gürcüstanı əvvəlki nailiyyətlərinə görə təbrik edib və ölkədə qarşıda gələn seçkilərin azad və demokratik şəraitdə keçirilməsinin vacibliyini vurğulayıb.
Prezident Obama bildirb ki, ABŞ və Gürcüstan ticarət əlaqələrinin möhkəmləndirilməsi məqsədilə azad ticarətə dair saziş bağlanmasının mümkünlüyünü hazırda araşdırmaqdadırlar.




















