Moskvada izdihamlı nümayişlər keçirilir

Banner
Çap edildi

Rusiya paytaxtı ilə yanaşı ölkə boyu eyni zamanda hökumət dəstəyinə və onun əleyhinə nümayiş və yürüşlər keçirilir.

Moskvada Yakimanka ilə Bolotnayaya doğru hərəkət edən yürüş iştirakçıları “Putinsiz Rusiya” şüarlarını qışqıraraq yeni parlament seçkilərinə çağırıblar.

Müxalifət yürüşünün önündə gedən liderlər arasında milyarder Mixail Proxorov, populyar bloqqer Aleksey Navalniy və sabiq maliyyə naziri Mixail Kudrinin olduğu xəbər verilir.

Bu yürüşlə yanaşı Rusiya paytaxtının Poklonnaya Qora ərazisində hökuməti dəstəkləyənlər toplaşıblar.

Onlar müxalifət mitinqinə “narıncı” qüvvələr kimi xitab edərək Rusiyanın “dağılmasına” yol verməyəcəyini deyiblər.

Daxili İşlər Nazirliyinin dəyərləndirməsinə görə Poklonnaya Qoraya toplaşanların sayı 56 minə yaxındır.

Yakimanka yürüşünə 14 mindən artıq adamın qatıldığı göstərilir.

Ötən ilin <link type="page"><caption> dekabr ayında</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2011/12/111210_russia_protests.shtml" platform="highweb"/></link> parlament seçkilərin nəticələri ilə bağlı Rusiyada izdihamlı etiraz nümayişləri keçib.

Nümayişlər Rusiyada martın 4-ə təyin olunmuş prezident seçkilərindən düz bir ay əvvəl keçirilir.