Xərçəng xəstələri şəkillərdə

Çap edildi

Fevralın 4-ü Dünya Xərçəng Günüdür. Dünyanın hər yerindən xərçəng xəstələri şəkillərini BBC-ə göndərib və təcrübələri haqda oxucularla bölüşüblər.

Zain. Foto: Abduljalil Al-Nasser, Səudiyyə Ərəbistanı
Şəklin alt yazısı, Səudiyyə Ərəbistanından olan Zain xərçəngdən qurtulub. O, Ümid qrupunun fəal üzvüdür və buna görə də, çəhrayı lent bağlayıb. Qrup xərçəng xəstələrinə, xüsusilə də yeni diaqnoz qoyulanlara baş çəkir, çünki başlanğıcda bu xəstəlik daha çətindir. Onlara öz başına gələnləri xəstələrlə bölüşür, onlar ürək-dirək və məsləhətlər verir. Qrupa adi insanlar və Səudiyyə Xərçəng Fondu dəstək verir. Foto: Abduljalil Al-Nasser, Səudiyyə Ərəbistanı
Abdullah Dhaim. Foto: Abduljalil Al-Nasser, Səudiyyə Ərəbizstanı
Şəklin alt yazısı, Abdullah Dhaim 75 yaşındadır. Ona bir neçə il öncə yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub. Həkimlər onun bağırsağının 17 santimetrini kəsib götürüblər. Onun əhvali-ruhiyyəsi yüksəkdir. Sağalandan sonra digər xəstələrə baş çəkir və onlara ümidi itirməməyə kömək edir. Onun xanımında da bu yaxınlarda ciyər xərçəngi tapılıb. Foto: Abduljalil Al-Nasser, Səudiyyə Ərəbistanı
Simon James, Britaniya
Şəklin alt yazısı, Simon James, Britaniya: 2006-cı ildə mənə bağırsaq xərçəngi diaqnozu qoydular. Mən bir neçə əməliyyatdan və radioterapiyadan keçdim. Bu, müalicədən üç il sonra mənim daxili orqanlarımın scan şəklidir. İlk diqanozdan 6 il keçib və məndə indi xərçəng yoxdur.
Kathy, Foto: Jeanette Verster, ABŞ
Şəklin alt yazısı, Kathy 58 yaşlı döş xərçəngi xəstəsidir. Xərçəngdən xilas olan bu qadın Cənubi Afrikadan, Cape Town şəhərindəndir. O, hələ də müalicə keçir ki, xərçəng qayıtmasın. Bu şəkli ötən il xərçəngdən xilas olması barədə xəbəri alanda çəkdirib. Kathy güclü və pozitiv qadındır. Əri Yanın və üşağının dəstəyi ona yardımçı olub. Şəkil: Jeanette Verster, ABŞ
Foto: Anna Jurkovska, Latviya
Şəklin alt yazısı, Zanda "Ömür ağacı" layihəsinin fəal iştirakçısıdır. Bu layihə xərçəng xəstələrinə yardım üçün işləyir. İki oğul anası olan qadın döş xərçəngdindən əməliyyat olunub və beləliklə, onun yenidən yaranması riski azalıb. Foto: Anna Jurkovska, Latviya
Darlene Graczyk. Foto: Matt Edwards, ABŞ
Şəklin alt yazısı, Matt Edwards yazır: "Bu mənim xalam Darlene Graczyk-dur. O, ABŞ-ın İllinoys ştatındandır. Darlendə iki növ döş xərçəngi tapılmışdı. Bir neçə əməliyyatdan sonra o, xəstəlikdən xilas oldu. İndi güclü və pozitivdir. Biz səni sevirik".
Foto: Dmitri Berkut, Rusiya
Şəklin alt yazısı, Dmitri Berkut, Rusiya. "Mən Serjlə (sağda) iki il əvvəl tanış oldum. O, qan xərçəngindən müalicə olunurdu. Mərkəzi Sibirdə doğulub. Onun qardaşları və bacıları var. Anası onunla xəstəxanada qala bilmirdi. İki yaşlı ər-arvad onu övladlığa götürdü. Sonra o sağaldı və xəstəxananı tərk etdi". Foto: Dmitri Berku, Rusiya
Cathleen Daum, ABŞ
Şəklin alt yazısı, Cathleen Daum, ABŞ: "Mənim adım Cathy-dir. Döş xərçənginə tutulmuşam. 9 ildir ki, məndə bu xəstəlik var. Biz xərçəng xəstələri arasında elə bir bağ var ki, onu heç kəs qıra bilməz". Cathleen Daum, ABŞ
Marqarita Bəhmənova Foto: Valeri Klamm, Rusiya
Şəklin alt yazısı, Marqarita Bəhmənovanın 37 yaşı var. 3 il əvvəl xərçəng diaqnozu qoyulub. O, dostundan xahiş edib ki, saçları tökülməzdən öncə şəklini çəksin. Foto: Valeri Klamm, Rusiya
Raphael Nzioka, Nayrobi, Kenya.
Şəklin alt yazısı, Rafael Nzioka Kenyadan, Nayrobidəndir. Onun 27 yaşı var və yoğun bağırsaq xərçəngindən əziyyət çəkir.
Kathy Rymes (solda) və Michelle White-Malcolm (sağda). Foto: Scott Hussey, ABŞ
Şəklin alt yazısı, Kathy Rymes (solda) 2009-cu ildə döş xərçəngi diaqnozu alıb. O, xərçəngə tutulanlara deyir ki, onlar yalnız deyil və sağalmaq üçün dərdlərini insanlarla bölüşməlidirlər. Michelle White-Malcolm (sağda) eyni ildə xərçəng diaqnozu alıb. Michelle deyir ki, xəstələr öz qorxularını ifadə etməlidirlər və digər insanların onlara yardım etməsinə imkan verməlidirlər. Fotoları ABŞ-da Scott Hussey özünün Xərçənglə Yaşamaq kitabı üçün çəkib.