Rupert Merdok "The Sun" qəzetini darda qoymayacağını vəd edib

Rupert Merdok "The Sun" qəzetini darda qoymayacağını vəd edib
Çap edildi

Ötən gün, fevralın 10-da Britaniya polisi "The Sun" qəzetinin 5 jurnalistini həbs edib.

Onlar məlumat əldə etmək məqsədilə polis və dövlət vəzifəlilərinə rüşvət verməkdə ittiham olunurlar.

"The Sun" hazırda Britaniyanın ən çox satılan və ən böyük tiraja malik olan qəzeti sayılır.

"The Sun" qazeti News Corporation media holdinqi tərəfindən nəşr edilir.

Media holdinqin rəhbəri məşhur maqnat Rupert Merdok (Rupert Murdoch) qəzetə arxa olacağını və taleyin ixtiyraına buraxmayacağını vəd edib.

"The Sun" qəzetinin 5 əməkdaşından başqa, həbs edilənlər arasında polis zabiti , Silahlı Qüvvələr qulluqçusu və Müdafiə Nazirliyinin əməkdaşı da var.

Həbs edilən jurnalistlər informasiyanı qeyri qanuni yol ilə əldə etməkdə, polisə rüşvət verməkdə ittiham olunurlar.