Olimpiya 2020: Romanın problemləri Bakıya yol açdı

Çap edildi

2020-ci il Olimpiya Oyunlarının İtaliyada keçirilməsi layihəsi baş nazirin “ölkənin iqtisadiyyatını bada vermək məsuliyyətsizlikdir” deməsindən sonra geri çəkilib.

Mario Monti deyir ki, hökümət bu tədbirin həyata keçməsi üçün lazım olan maliyyəni (12.5 milyard dollar) qarşılaya bilməz.

Bu qərar oyunlara ev sahibliyi etmək üçün şəhərlərin təklifinin son gününə bir addım qalmış verilib.

Romanın yarışı tərk etməsi oyunların keçirilməsi üçün ərizə vermiş Bakı, Doha, İstanbul, Tokio və Madridin şanslarını artırıb.

Monti çərşənbə axşamı nazirlər kabinetində keçirdiyi mətbuat konfransında öz fikrini açıqlayıb.

“Bu qərarı vermək üçün hökümət çox düşünüb”

"Və biz qərara gəldik ki, hökümət İtaliyanın hazırki iqtisadi durumunu nəzərə alaraq bunun məsuliyyəti addım olduğuna inanmır”

“Əgər biz indi bu vəziyyətdəyiksə, bu, bizdən əvvəlki hökümətlərin gələcək illəri hesaba almadan verdiyi qərarlardan irəli gəlir”.

İxtisasca iqtisadçı olan Monti ötən noyabr İtaliyanın ağır iqtisadi anlarında baş nazir təyin edilib.

Ölkə iqtisadiyyatı hazırda yenidən qurulmada olsa da, kritik vəziyyət qalmaqdadır.

Narazılıq

CONİ Milli Olimpiya təşkilatının prezidenti Gianni Petrucci, Associated Press Agentliyinə deyib ki, “Monti bizə yox dedi, bu çox üzücüdür”.

“Bu iki illik ağır zəhmətdən sonra yox olan yuxu idi, təklifimiz ciddi idi. Mən anlayıram ki, büdcədə azaltmalar olmalıdır, lakin bunu edərkən arzular nəzərə alınmalıdır. Sən azaltma edə bilərsən, lakin investisiyalar barədə düşünməlisən, Olimpiya da elə idi”.

“Özümü alçalmış hiss etmirəm. Əlbəttə, bunu son gündə etmək mənə həqiqətən pis təsir edir, Montiyə də dediyim kimi, biz bacardığımızı etmişdik”