Cənubi Afrikada mini yubkalıların üsyanı

Şəklin mənbəyi, skirt
Çap edildi
Yüzlərlə Cənubi Afrikalı mini yubka geydikləri üçün iki qadına hücum edilməsinə etiraz olaraq Yohannesburq küçələrində yürüş ediblər.
Onlardan bəziləri mini yubkalar geyiblər və “Biz öz minilərimizi sevirik” şüarı yazılmış plakardlar gəzdiriblər.
Mini yubka geyən iki qadına dekabr ayında Yohannesburq taksi parkında, iddiaya görə, sürücülər tərəfindən, hücum edilmişdi.
Yürüş təşkilatçıları deyib ki, onlar Cənubi Afrika cəmiyyətində mövcud olan “patriarxal düşüncələrə” son qoymaq istəyiblər.
Cənubi Afrika zorlama hallarının ən çox baş verdiyi dünya ölkələrindəndir.
Xüsusilə də, əyalətlərdən olan kişilər qadınların açıq-saçıq paltarlar geyməsinə qarşıdır, BBC müxbiri Yohannesdən xəbər verir.




















