İranlılara iPad satmaq yasaqdırmı?

Amerikanın Alpharetta şəhərindəki Apple mağazasının satıcısı farsca danışan müştəriyə iPad planşet kompyuterini satmaqdan imtina edib.
Aplle mağazasına İrandan qonaq gəlmiş əmisi ilə gedən 19 yaşlı Səhər Sabet, ona fars dilində iPadın qiymətini deyib.
Dialoqun farsca aparıldığını öyrəndikdən sonra satıcı “İranla Amerikanın yaxşı münasibətllərə malik olmadığı üçün” malı satmayacağını bildirib.
Xanım Sabetə görə mağaza meneceri ilə işçilər həmkarlarının qərarını dəstəkləyərək ona “Amerikanın İran, Kuba, Şimali Koreya, Sudan və Suriyaya qarşı tam embarqonun tətbiqi" barədə yazılı qaydaları nümayiş etdiriblər.
Vətəndaşlıq məsələsi
Amerikada doğulduğuna görə ABŞ vətandaşı olan Sabet onun vətəndaş olub-olmadığı ilə maraqlanılmadığını bildirir.
Olaydan sonra Apple şirkəti ilə əlaqə saxlayan Sabetə tabe olmayan satıcılarla üzləşməmək üçün malı online mağazadan almaq məsləhəti verilib.
Lakin Apple-dən gələn cavab Səhərin rəfiqəsini qane etməyib və hüquqşünaslıq fakultəsinə daxil olmaq arzusunda olan tələbə Atlantadakı WSB-TV kanalı ilə əlaqə saxladıqdan sonra olay televiziya tərəfindən işıqlandırılıb.
Sanksiyalarla bağlı debatlar
Hadisə Amerikada sanksiyaların ədalətliliyi bağlı debatlara təkan verib.
Amerika iranlılarını birləşdirən təşkilat olayla bağlı təəssüfləndiyini bildirərək "getdikcə kəskinləşən" sanksiyaların zərbəsi altına adi adamların düşdüyünü qeyd edib.
Maliyyə Nazirliyi Amerikada yaşayan iranlılara habelə ABŞ-da istifadə olunacaq malların satılmasına məhdudiyyətlərin qoyulmadığını vurğulayıb.
Lakin beynəlxalq ticarət məsələləri üzrə hüquqşünas Fərhad Alaviyə görə Apple İrana göndəriləcəyini bilə-bilə mal satsa hüquqi məsuliyyətə cəlb olunma zəmini yarada bilər.
Dil və satış qadağası
Xanım Sabet iPadı İrana göndərmək istədiyini desə idi, satıcının malı satmaqdan imtina etməyə əsası ola bilərdi, deyib Waşinqtonda mənzilləşən hüquqşünas.
Lakin Səhər Sabet satıcıya bu qənaətə gəlmək üçün heç bir əsas vermədiyini qeyd edir.
“Potensial müştərinin fars və yaxud da koreycə danışması özü-özlüyündə həmin müştəri tərəfindən malın Şimali Koreya və İrana göndıriləcəyini deməyə kifayət qədər əsas sayıla bilməz”, - deyib cənab Alavi.
Bu arada qəsdən fars dilində danışmaq niyyətində olan iranlı və İran əsilli amerikalılar Alpharetta şəhərindəki Apple şirkətinin mağazasına baş çəkməyi planlaşdırırlar.
Ayrıseçkiliyə yol vermədiyini bildirən Apple çoxdilli satış komandasında “müxtəlifliyin mədəniyyətin vacib hissəsi olduğunu" vurğulayıb.
























