London Olimpiadası –2012: Səüdiyyə Ərəbistanı qadınların yarışlarda iştirakına icazə verib
Səüdiyyə Ərəbistanı ölkənin qadın atletlərinə ilk dəfə olaraq Olimpiada yarışlarında iştirak etməyə icazə verib.
Rəsmilərin sözlərinə görə, ölkənin Olimpiya Komitəsi “qadın idmançıalrın iştirakı məsələsinə nəzarət edəcək və tənzimləyəcək”.
Bu qərar son zamanlaradək Səüdiyyə Ərəbistanın London Olimpiya Oyunlarından qadın idmançıların diskriminasiyasına edilməsinə görə kənarlaşdırılması ehtimalı ətrafında müxtəlif spekulyasiyalara son qoyacaq. diskvalifikasiya olunacaq Oyunlardan yay ox.
Sədüiyyə Ərəbistanında indiyədək qadınların idman yarışlarında iştirakı ilə dini mühafizəkarlar qəti sürətdə barışmırdılar.
Ölkədə qadınların idman yarışlarında iştirak etməsi ənənəsi demək olarkı yox dərəcəsindədir.
Səüdiyyə rəsmilərinin dediyinə görə, Olimpiadaya cəmi bir neçə həftə qalmış qadın idmançılardan yanız atçapan cıdırçı Dalma Rüşdi Malhas iştirak edir.
Lakin rəsmilər digər qadın idmançıların da müvəffəqiyyət qazanacaqları təqdirdə “ləyaqətlərinin qorunması üçün" müvafiq geyimlərinin olacağını vurğulayırlar..
Praktikada bu sərbəst hərkətləri mümkün edən geyim növü və sifəti açıq qoyan, lakin saçları örtən “idman hicabı” adlanan baş yaylıqlarını nəzərdə tutur.
























