Euro 2012: İtaliya və İspaniya finalda

Yarımfinal
Şəklin alt yazısı, Almaniyanı məğlub edən İtaliya bazar günü İspaniya ilə oynayacaq.
Çap edildi

İtaliya favorit Almaniyaya qalib gələrək Avropa ölkələrinin futbol çempionatı finalına vəsiqə qazanıb. İki-bir hesabı ilə qalib gələn almanlar bazar günü Kiyevdə keçirilən finalda İspaniya ilə üzləşəcək.

Qolları ilə Varşavada Almaniyanı yenən Manchester City klubunun hücumçusu Mario Balotelli İtaliyanı bazar günü keçiriləcək finalda İspaniyaya rəqib edib.

Cümə axşamı keçirilən yarımfinal matçında Almaniyanın yeganə penalti qolunun müəllifi Məsuz Özil olub.

İtalyanlar bundan öncə Almaniyaya heç bir rəsmi turnirdə uduzmayıb. Dünənki matçla birlikdə İtaliya Almaniyaya 8 dəfə qalib gəlmiş oldu.

Buna baxmayaraq, daha az dincəlmək imkanı olunmuş İtaliya komandasının almanlara uduzacağı da güman edilirdi. Ancaq italyanlar bu gözləntiləri doğrultmadı.