Pakistan: dini təhqir etməkdə şübhəli olan şəxs yandırılıb

Pakistan, kütlə
Çap edildi

Kütlə Quranı yandırmaqda şübhəli bilinən şəxsi polisin əlindən alaraq yandırıb.

Baxavalpur polis şöbəsinin qarşısında baş verən olayı yüzlərlə adam izləyib.

Polis acıqlı sakinlərin mühasirəsini yarmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyini bildirir.

Hakimiyyət nümayəndəsi kütlənin qarşısında acız qaldığını deyib.

İş "araşdırılmamış" qalıb

"Onlar şəxsin gözlərinin önündə edam edilmədiyi təqdirdə onu əlimizdən alıb öldürüləcəyi ilə hədələyirdilər”, - polis müfəttişi Qulam Mühətdin BBC-yə bildirib. “Biz az onlar isə çox olub. Nəticədə şübhəlini əlimizdən almağa müvəffəq olublar”.

Rəsmilər hadisələrin sürətli inkişafı nəticəsində işi araşdırmağa imkan tapmadığını deyirlər.

Polis kameradakı adamın psixiki cəhətdən qeyri-sabit olduğunu bildirib.

“Adam baş verənlərdən bixəbər olub. O kamerada olarkən, daima gülərək mahnı oxuyub”.

Pakistanda dinin təhqir edilməsi ilə bağlı maddə nadir hallarda tətbiq olunur.