Qadın futbolunda baş örtüyünə icazə verilib

Çap edildi
Beynəlxalq Futbol Assosiasiyaları Şurası futbolçu qadınlara baş örtüyü ilə çıxış etmək qadağasını ləğv edib.
Təşkilat isveçdəki toplantısında idmançıların səhhətinə hicabın mənfi təsiri ilə bağlı etirazların əsassız olduğunu bildirib.
Oyunun qaydalarını dəyişdirmək səlahiyyətlərinə malik olan beynəlxalq qurum idmançı qadınlar üçün baş ortüyünün iki növünü seçib.
"Hazırda yeganə məsələ (hicabın) tipi və rəngi ilə bağlıdır", - FİFA-nın katibi Jerome Valcke müxbirlərə bildirib.
Hicabla meydançaya çıxmaq yasağı 2007-ci ildə qüvvəyə minib.
Ötən il İran baş örtüyü ilə bağlı qadağaya görə Olimpiya seçmə turnirinin oyunundan imtina edib.
Reqbi və teykvando kimi bir sıra oyunlarda hicabla çıxışlara qadağa artıq ləğv olunub.




















