Kuban daşqını: xəbərdarlıq sisteminin nöqsansız olmadığı etiraf edilir

Şəklin mənbəyi, BBC World Service
Bugün Rusiyada Kuban daşqını ilə bağlı elan edilmiş matəm günü qeyd olunur.
Son məlumatlara görə, daşqınlar azı 170 adamın ölümünə səbəb olub, 20-dək cəsəd tanınmamış qalmaqdadır, 900-dək insanı xilas etmək mümükün olub.
26 mindən artıq insanın daşqından zərər çəkdiyi bildirilir.
3300 min insanın mülkü tamamilə məhv olunub.
Kuban vilayətində ümumi hesabla 5 minədək yaşayış evi tamamilə yaxud qismən su basıb.
Krasnodar vilayətində baş verən daşqın nəticəsində insanların ölməsi və Ukraynada baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Rusiya prezidenti Vladimir Putin 9 iyul tarixini matəm günü elan edib.
İnsanların ölümü faktı ilə əlaqıədar cinayət işləri açılıb. Kuban sakinlərini təmsil edən yerli fəallar yerli reazervuarda şlyuzların açılmasında görürülər.
Hadisə ilə bağlı atıq ayrıca cinayət işi açılıb. Həmin iş çərçivəsində aparılan istintaqın məqsədi 150-dən artıq insanın ölümünə səhlənkarlığın təsir edib-etməməsini müəyyən etməkdən ibarətdir.
Rusiya Fövqaladə Hallar Nazirliyi başçısı Vladimir Puçkov keçiridiyi selektor iclası gedişində əhalinin daşqınla bağlı xəbərdar edilməsini bildirib, lakin eyni zamanda vurğulayıb kı, xəbərdarlıqetmə işi kompleks şəkildə aparılmayıb, və bu zaman yerlərdəki rəsmilər tərəfindən nöqsanlara yol verilib.
İnstintaq Komitəsi fəlakət zamanı rəsmilərin gördüyü hərəkətləri araşdırmağı qarşısına məqsəd qoyub.
Müvafiq sərəncam fəlakət baş vermiş bölgəyə gəlmiş Rusiya prezidenti Vladimir Putin tərəfindən verilib.
























