Almaniyanın müsəlman və yəhudi təşkilatları sünnətin müdafiəsinə qalxıb

Almaniyanın müsəlman və yəhudi təşkilatları sünnətin müdafiəsinə qalxıblar
Çap edildi

Müsəlman və Yəhudi qrupları Almaniyada sünnət qərarından narazılıq bildirblər.

Avropa Yəhudi və Müsəlman təşkilatları Almaniyada sünnət ənənəsini tətbiq etmək hüquqlarını müdafiə etmək üçün səylərini birləşdiriblər.

Bu yaxınlarda Almaniyada yerli məhkəmələrdən biri sünnət əməliyyatının oğlanlara xəsarət yetirdiyi və bu zəmində qadağan edilməsi barədə qərar çıxarıb.

Almaniya Yəhudi və Müsəlman təşkilatlarının birgə bəyanatında deyilir ki bu ənənə onların təriqət sistemlərində mühüm əhəmiyyətə malikdir və sünnət praktikasının müdafiə edilməsinə çağırıblar.

Köln məhkəməsi tərəfindən qəbul edilmiş qərar bütöv Almaniyaya şamil edilməsədə, İsrail parlamenti Köln məhkkəməsinin qərarını tənqid edib.

Bu arada Almaniya Həkimlər Asossiyası həkimlərə sünnət cərrahiyə əməliyyatının həyata keçirilməməsini tövsiyyə edib.

Hər il Almaniyada minlərlə Müsəlman və Yəhuudi oğlanlar sünnət olunur.

Yəhudi və Müsəlman təşkilatları tərəfindən tərtib olunmuş birgə bəyanat Avropa Rabbilər Mərkəzi, Avropa Yəhudi Parlamenti, Avropa Yəhudi Asossiyası, Dini əlaqələr üzrə Almaniyanın Türk İslam İttifaqı və Brüssel İslam Mərkəzi liderləri tərəfindən imzalanıb.

Bəyanatda Köln məhkəməsinin qərarı müsəlman və yəhudilərin dini və mədəni ənənələrinə zidd olan hərəkət kimi qiymətləndirilib.

Bəyanat müəllifiləri Almaniyanın siyasi partiyaları və parlamenti məsələyə müdaxilə edib sünnət ənənəsinin müdafiəsinə çağırıblar.

Köln məhkəməsinin qərarına səbəb 4 yaşlı oğlanın sünnət əməliyyatınının fəsadsız keşməməsi olub.

Məhkəmənin çıxardığı qərara görə, fiziki sağlamlığın toxunulmazlığı dini dəyərlər və ata-ana iradəsindən üstündür.

Uğursuz cərrahiyə əməliyyatı keçirən həkimə cəza kəsilməsə də, tənqidçilər ehtiyyat edir ki, Köln məhkəməsinin qərarı Almaniyada digər məhkəmələr tərəfindən hüquqi presedent kimi qiymətləndirilə bilər.