Suriya böhranı: Dəməşq və Hələb şəhərlərində şiddətli döyüşlər gedir

Suriya böhranı: Dəməşq və Hələb şəhərlərində şiddətli döyüşlər gedir
Çap edildi

Suriyanın payatxt Dəməşq və Hələb şəhərlərində hökümət qüvvələrilə üsyançılar arasında şiddətli döyüşlər gedir.

Ordunun elit 4-cü divizionu vertolyotların dəstəyilə paytaxtın Barzeh ərazisində hücum əməliyyatı keçirib.

Dəməşqin Mezzeh məhəlləsində də qoşunların yerləşdirildiyi bildirilir.

Hələb şəhərində 3-cü gündür döyüşlər gedir.

Ötən həftə Dəməşqdə törədilmiş partlayış nəticəsində prezident Bəşər Əsədin yaxın çevrəsinə daxil olan, Suriyanın bir qrup yüksəkrütbəli siyasi və hərbi fiquru həlak olmuşdu.

Bu arada Britaniyada mənzillənən Suriya İnsan Haqları monitorinq qrupu ötən ilin mart ayından bəri Suriyada azı 19,106 adamın həlak olduğunu bildirib.

Ölənlərdən 13,296 adam silaha əl atmış mülki əhalidir, 4,861 adam təhlikəsizlik sistemi əməkdaşları və 949 nəfər ordu fərariləridir.

May ayında BMT azı 10 min nəfərin həlak olduğunu bildirmişdi. İyun ayında Suriya höküməti 6,947 vətəndaşın, onlardan azı 3211 nəfərin mülki və 2566 nəfərin təhlükəsizlik əməkdaşları olduğunu bəyan etmişdi.