İngiltərədə Pakistandan gələn təyyarə tutulub

Təyyarə
Çap edildi

Pakistandan İngiltərəyə uçan təyyarənin göyərtəsində baş vermiş insidentlə əlaqədar iki nəfər həbs edilib, Britaniya polisi xəbər verir.

Britaniya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi Britaniya hava məkanında Pakistan sərnişin təyyarəsilə bağlı insidentə görə havaya qalxıb. İnsidentin təfərrüatları açıqlanmır.

Ölkənin müdafiə nazirliyi xəbər verir ki, Pakistan Beynəlxalq Hava Yolları şirkətinə məxsus, Lahordan Manchester şəhərinə uçan təyyarə Stansted aeroportuna göndərilib. Təyyarədə 300 sərnişinin olduğu bildirir.

Essex qraflığının polisi ancaq təyyarədə müəyyən hadisə baş verdiyini deyib.

Təyyarə Stansted aeroportunun təcrid olunmuş dayanacağında saxlanılır.

"Tayfun" qırıcısı təyyarəni Stansted aeroportunda yerə enənədək müşaiyət edib.