Buzlaqların əriməsinə görə Rusiya ekoloji stansiyasının yerini dəyişir

Çap edildi

Şimal-yarım kürəsində buz ərimələri Rusiyanı hərəkət edən araşdırma stansiyasını təxliyə etmək məcburiyyətində qoyub.

Ətraf Mühit nazirliyi məlumat yayıb ki, stansiya və on altı nəfərlik işçi qrup üç gün ərzində ərazidən çıxarılmalıdır.

Bunun üçün Rusiya Kanadanın iqtisadi zonasının yaxınlığında yerləşən əraziyə nüvə enerjili buzqıran göndərəcək.

BMT ekspertləri deyib ki, Arktik buz ərimələri ən çox istilik qeyd edilən 2012-ci ildən başlayıb.

Rusiyanın rəsmiləri deyib ki, “təbiət hadisələrinin anomal inkişafı” komandanın və stansiyanın taleyinə təhlükə yaradıb.

Stansiya okean təbiəti və çirklənməyə nəzarət edir və həmçinin hava və eksperimentlər stansiyası kimi fəaliyyət göstərir.

Qurğunun Şimal Torpaq arxipelaqında Bolşevik adasında yerləşdiriləcəyi bildirilir.