Kann festivalında eynicinsli sevgidən bəhs edən film qalib gəlib

Çap edildi

İki fransız qadının intim münasibətindən bəhs edən "Mavi-ən isti rəngdir" filmi Kann Kino Festivalının qalibi olub.

Film baş rol ifaçıları Adele Exarchopoulos və Lea Seydoux-un məharətli rolu və açıq-saçıq səhnələri ilə yadda qalıb.

Hollivud aktyoru Bruce Dern Nebraska filminə görə, ən yaxşı aktyor adı alıb.

Fransız aktrisası Berenice Bejo da (The Past filmi) ən yaxşı aktrisa kimi mükafatlandırılıb.

Qalinlər müsabiqəyə təqdim edilmiş 20 film arasında seçilib və bazar günü final mərhələsində açıqlanıb.

66-cı Kann Kino Festivalına mayın 15-də start verilib.