Beyrutda İran səfirliyi qarşısında etiraz aksiyasının iştirakçısı öldürülüb

Livan
Çap edildi

Livan təhlükəsizlik qüvvələrinin məlumatına əsasən, Beyrutda Iran səfirliyi qarşısında güman edildiyi kimi etiraz edən şəxs açılan atəş nəticəsində ölüb.

Beyrutda İran səfirliyi qarşısında bir qrup insan şiə hərəkatı və İranın Suriyadakı hadisələrə müdaxilə etməsinə etiraz olaraq aksiya keçirirlər.

Xəbərlərə görə hadisə zamanı açılan atəş nəticəsində bir neçə nəfər yaralanıb.

Ötən ay Hizbulla döyüşçüləri Suriya hökümət qüvvələrinə Qüseyr şəhərini üsyançılardan geri almağa və nəzarəti bərpa etməyə kömək ediblər.

Cümə axşamı günü Ağ Ev İranı və Hizbulla təşkilatının Suriya hökümət qoşunlarına yardım etdiyini bildirərək, Suriyadan döyüşçülərini çıxarmağa çağırıb.

Ağ Ev sözçüsü Jay Carney deyib ki, "rejim müxalifəti Qüseyr kimi yerdən təkbaşına vurub çıxara bilməzdi və bu işi görən Hizbulla və İrandan asılıdır”.

Hizbullah 1980-ci illərdə yaranan dövrdən bəri həmişə Suriyanın yaxın müttəfiqi olub.