İran seçkiləri: təbliğat kampaniyasının sonuncu günüdür

Tehran
Çap edildi

İranda cümə günü keçəcək prezident seçkiləri ərəfəsində təbliğat kampaniyası sona çatmaq üzrədir.

Seçicilər Mahmud Əhmədinejadı əvəzləyəcək namizədləri nəzərdən keçirirlər.

Kampaniyanın liderləri arasında Ayətulla Əli Xəmneyiyə yaxın mühafizəkar namizədlərin olacağı gözlənilir.

Bununla yanaşı müxbirlər sabiq prezident Məhəmməd Xatəmi və Əli Əkbər Rəfsancaninin açıq dəstəyindən sonra mötədil namizəd sayılan Həsən Ruhaniyə rəğbətin artdığını qeyd edirlər.

Hazırkı prezidentin hakimiyyətdəki 8 il ərzində ölkə mübahisəli nüvə proqramı ilə bağlı sanksiyaların tətbiqi və iqtisadi çətinliklərlə üzləşib.