Çexiya polisi baş nazirin müşavirini həbs edib

Necas
Çap edildi

Çexiya polisi hökumət və özəl idarələr reydlər keçirərək 7 nəfərə ittiham təqdim edib.

Mütəşəkkil cinayətkarlıq üzrə polis tərəfindən həbs edilən şəxslər arasında baş nazir Petr Necas-ın müşavirinin olduğu bildirilir.

Dövlət mediası həbsləri təsdiq edib.

Lakin ittihamların mahiyyəti barədə məlumat verilmir.

Korrupsiya əleyhinə mübarizə şüarları altında 3 il əvvəl hakimiyyətə gələn baş nazir istefaya çıxmayacağını bildirib.

Petr Necas özünün günahkar olmadığını vurğulayır.

Böhran baş nazir, prezident, müxalifət lideri və polis qüvvələrinin başçısı ilə qapalı görüşdə müzakirə olunmalıdır.

Polisin bu kimi geniş əməliyyatı Çexiya üçün qeyri-adi haldır, BBC müxbiri xəbər verir.