G20 sammitində casusluq iddiaları: zərər çəkmiş ölkələr Londondan izahat tələb edir

G20 sammitində casusluq iddiaları
Çap edildi

2009-cu ildə Londonda keçirilmiş G20 sammitində xarici nümayəndə heyətlərinin danışıqları və kompyuter yazışmalarının izlənilməsi barədə iddialar dramatik qalmaqala səbəb olub.

Kompyuterləri və telefon danışıqları izlənilmiş nümayəndə heyətləri arasında İngiltərənin Guardian qəzetinin məlumatına görə, Türkiyə ilə yanaşı eləcə də Rusiya və Cənubi Afrika Respublikası da olublar.

Guardian qəzetində o cümlədən Türkiyənin Maliyyə naziri Mehmet Şimşəyin telefon danışığının İngilis kəşfiyyatı tərəfindən dinlənildiyi iddia edilib.

Türkiyə rəsmiləri məsələ ilə bağlı Britaniya hökümətindən izahat tələb ediblər.

Guardian qəzetinin sensasiyalı xəbəri Şimali İralndiyada Lough Earn məntəqəsində G8 sammiti işini başlayan günə təsadüf edib.

G8 sammitində iştirak edən Britaniyanın Baş naziri David Cameron bu olayları şərh etməkdən imtina edərək, kəşfiyat mövzusu ilə bağlı ümumiyyətlə şərh vermədiyini qeyd edib.

Guardian qazəti bu məlumatı ABŞ MKİ keçmiş əməkdaşı Edward Snowden-ə istinadən yazıb.

Xəbərə görə, 2009-cu il G20 sammitində iştirak etmək üçün İngiltərəyə səfər edən Türkiyə nazirin telefon danışıqları və nümayəndə heyəti üzvlərinin kompyuterlərinə İgilis kəşfiyyatı nəzarət edərək Türkiyənin məxvi səciyyəli məlumatlarını öyrənməyə cəhd edilib.

Türkiyənin Xarici İşlər Nazirliyi bu qəbildən olan məlumatlarla bağlı rəsmi Londona öz narahatlığını bildirməklə yanaşı Britaniya hökümətindən məsələni təcili qaydada araşdırmağı və izahat verməyi tələb edib.

Cənubi Afrika rəsmiləri də Britaniyadan qalmaqalla bağlı izahat tələb ediblər. CAR hökümətinin bəyanatında bildirlir ki, "özlərini demokrat kimi qıələmə verənlər tərəfindən vətəndaşların əsas insan hüquqlarını, o cümlədən məxvilik hüququnun pozulması pislənməlidir".

Aleksey Puşkov, Rusiya Dumasında Xarici Əlaqələr Komitəsinin sədri isə öz Tvitter səhifəsində baş vermiş olayı “skandal" sözü ilə səciyyələndirib.