Yunanıstanın ictimai kanalı yenidən fəalliyətə başlaya bilər

Yunan məhkəməsi ötən həftə qapadılan ERT dövlət kanalının yenidən açılmasına qərar verib.
Lakin məhkəmə baş nazir Antonis Samarasin ERT-ni daha kiçik yayımçı kimi işini davam etdirməsi planlarını dəstəkləyib.
Cənab Samaras deyib ki, kanalın bağlanması öncədən müzakirə edilməyib.
Ötən həftə kanalın qapadılması ölkə boyunca etiraz aksiyaları ilə qarşılanıb.
Hakim partiya, mühafizəkar Yeni Demokratiya partiyası ötən çərşənbə axşamı bildirib ki, yayımçının fəaliyyətində xrononiki idarəsizlik, şəffaflığın yoxluğu və boşluqlar vardı.
Kanalın bağlanması 2700 insanın işsizlər sırasına aid olmasına səbəb olub.
İzləyicilər deyir ki, siqnal itən kimi ekranlar qaralıb.
Yunanıstanın əsas məhkəməsi Dövlət Şurası baş nazirin fikirlərinə əsasən qərar çıxarıb ki, ERT daha kiçik kanalla əvəzlənə bilər, lakin onun yayımı gün bpyu olmayacaq.
Bəzi ERT jurnalistləri canlı yayımı İnternet üzərindən qeyri-leqalcasına davam etdirib və yeni qərar açıqlanan kimi ekranlarda bir neçə saata ERT hər yerdə yayımlanacaq cümləsi yayılıb.
BBC jurnalisti Mark Lowen deyir ki, hər iki tərəf qələbə istəyir, amma hökümət sonda ən çox əziyyət çəkən ola bilər.
Danışıqlar zamanı, cənab Samaras yeni və ucuz yayımçı yaradılmasını və fasilələrlə yayımlanan proqramlar üçün daha kiçik işçi götürməyi təklif edib.
Amma bu ideya koalisiya tərəfdaşları Pasok partiyasından Evangelos Venizelos və Demokratik Solçulardan Fotis Kouvelis tərəfindən rədd edilib.
ERT jurnalistləri isə məhkəmə qərarını eşidən kimi bunu qeyd etməyə başlayıb.
"Yeddi gecədir ki, burada dayanmışam və ilk dəfədir ki, insanları gülən görürəm" ERT-nin sabiq jurnalisti Eleni Hrona deyib.
























