Polis Qüdsdə “Allahu Əkbər” qışqıran yəhudini güllələyib

Çap edildi
Yəhudilərin müqəddəs hesab etdiyi Qərb divarı məbədinin yaxınlığında “Allahu Əkbər” qışqıran İsrail vətəndaşı polis tərəfindən öldürülüb.
Mühafizəçilər şəxsin fələstin döyüşçüsü olduğunu güman etdiklərini deyiblər.
Mühafizəçilərin ona yaxınlaşdığı vaxt şəxsin əlləri cibində olub, polis sözçüsü Micky Rosenfeld bildirib.
Müqəddəs şəhər
Hazırda hadisə yeri ziyarətçilər üçün bağlanılıb.
Qüds müsəlman yəhudi və xristianlar tərəfindən müqəddəs şəhər kimi qəbul edilir.
1967-ci ildə İsrail qüvvələri Qərb Divarı da daxil olmaqla Qüdsün köhnə hissəsini zəbt ediblər.
Ağlamı Divarı da adlandırılan Qərb Divarı və onu ətrafı keçmişdə israillilərlə fələstinlilər arasında qarşıdurma meydanı olub.




















