Qətər əmiri şeyx Həməd "hakimiyyəti oğluna ötürür "

Məlumatlara görə, Qətər əmiri şeyx Həməd bin Xəlifə ət-Thani hakimiyyəti oğluna ötürməyə və müvafiq bəyanatla çıxış etməyə hazırlaşır.
Bu Körfəz əmirliyində 33 yaşlı şahzadə Təmim bin Həməd ət-Thaninin hakimiyyəti qəbul etməyə hazırlaşdığı barədə şayiələr artıq bir neçə gündür ki dolaşır.
Qətərdə mənzillənən Əl-Cəzirə telekanalına görə, şeyx Həməd, "hakim ailənin və yüksəkrütbəli müşavirlərin" iştirakı ilə keçən toplantı da qəbul etdiyi qərar barədə bazar ertəsi günü xəbər verib.
Rəsmi elanın bazar ertəsi günü axşam ediləcəyi gözlənilir.
Qəbul etdiyi qərarı ilə bağlı şeyx Həmədin ölkə əhalisinə çərşənbə axşamı günü yerli vaxtla səhər saat 8-də müraciət edəcəyi bildirilir.
Həmin günün eyni zamanda milli bayram günü də elan edilməsi nəzərdə tutulub.
Hökümətin tərkibində də müvafiq yerdəşmələrin ediləcəyi gözlənilir.
Ət-Thani ailəsi Qətərə son 150 ildir ki rəhbərlik edir.
Şeyx Həməd atasını 1995-ci ildə vəzifədən kənarlaşdırdıqdan sonra hakimiyyətə gəlmişdir.
O, vaxtdan bəri şeyx, ölkədə bəzi liberal islahatlar həyata keçirib və son illərdə Qətəri regiona diplomatiyasının əsas oyunçularından birinə çevirə bilmişdir.
Təhlilçilərin ehtimalına görə, şahzadə Təmim də atasının siyasətindən heç də çox fərqlənən bir siyasi kurs həyata keçirməyəcək.
O, ölkənin yaxın gələcək üçün inkişaf perspektivini təsvir edən 2030 Vision layihəsinə rəhbərlik edir və aydın liberal sosial məqsədlər hədəf kimi seçilib.
Bu layihəyə eləcə də onun anasının və atası şeyx Həmədin də əhəmiyyətli tohvələri olub.
























