Gürcüstanda məmurlar pul mənimsəməkdə təqsirləndirilir

Gürcüstanda Tbilisi meriyasının yüksək çinli məmurları saxlanılıb.
Onlar otuz milyon dollara yaxın pul mənimsəməkdə ittiham edilir.
“Müstəntiqlər merin müavini David Alavidzeni, Tbilisi İnkişaf Fondunun rəhbəri David Avalianini, meriyanın satınalmalar xidmətinin rəisi Aleksi Tabuaşvilini və Mtasminda-Krsanis rayon administrasiyası rəhbərinin müavini Dmitri Çxaidze saxlanılıb”, APA Gürcüstanın hüquq mühafizə orqanlarına istinadən yazır.
Məmurların saxlanılması ötən gecə baş verib.
Maliyyə Nazirliyinin İstintaq Xidməti Tiflis meriyasının dörd yüksək vəzifəli əməkdaşını 48 930 822 lari (29,6 milyon dollar) büdcə vəsaitlərinin böyük məbləğdə mənimsəməsi işi üzrə dindirib
İstintaq onların təqsirini ortaya çıxararsa, onları yeddi-on ilə qədər həbs gözləyir.




















