Prezident Morsi əleyhinə etiraz aksiyalarında minlərlə misirli iştirak edir

Misisrdə, paytaxt Qahirə və digər bölgələrdə, prezident Mohammed Morsi-nin istefası tələbilə etiraz aksiyaları keçirilir.
Opponetlərinin təbirincə prezident Morsi ölkənin iqtisadi və təhlükəsizlik problemlərini həll edə bilməyib.
Minlərlə etirazçı gecəni Qahirənin Təhrir meydanında keçirib.
Etirazlar Mohammed Morsi-nin prezidentlik dövrünün 1-ci ilinin tamam olmasına təsadüf edib.
Prezidentin tənqidçiləri deyir ki, Mohammed Morsi islam dinilə bağlı məsələləri, Müsəlman Qardaşlığı partiyasının İslami gündəliyini ölkənin geniş maraqlarından irəliyə çəkib.
Misirin əhəmiyyətinə görə sayca 2-ci şəhəri sayılan İskəndəriyə şəhərində yüzlərlə etirazçı şəhərin əsas meydanlarından birində toplaşıb.
Misirin digər şəhərlərində də bənzər aksiyalar keçirirlir.
Məlumatlara görə, eyni zamanda prezidentin tərəfdarları da onu dəstəkləmək məqsədilə kütləvi nümayişlər keçirirlər.
























