ABŞ Ukrayna rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər

Victoria Nuland
Şəklin alt yazısı, Kiyev: Victoria Nuland peçenye paylayır.
Çap edildi

Amerika Dövlət Departamentinin nümayəndəsi Ukrayna rəhbərliyinə qarşı sanksiyaların tətbiqini istisna etməyib.

"Təfərrüatlara varmadan deyə bilərəm ki, biz növbəti addımları nəzərdən keçiririk. Aydındır ki, sanksiyalar da daxil olmaqla qərar qəbul edilməyib”, - Jen Psaki deyib.

Çərşənbə günü Kiyevdə ümummilli Dəyirmi Masa forumu işinə başlayıb, forumun iclasına Ukraynanın sabiq prezidenti Leonid Kravçuk sədrlik edir. Ukraynanın keçmiş prezidentlərinin iştirakını nəzərdə tutan bu Dəyirmi Masada digər keçmiş prezident Vikor Yuşenko iştirakdan imtina edib.

O, atdığı addımını tədbirdə "müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etməməsilə izah edib.

Bu arada, Kiyevdə səfərəni davam edən ABŞ Dövət Katibinin müavini Victoria Nuland ötən gecə hadisələrindən sonra prezident Yanukoviçlə görüşdüyünü və ona baş verənlərin "demokratik cəmiyyətdə yolverilməz" olduğunu çatdırdığını jurnalistlərə bildirirb.

Onun təbirincə, prezident Yanukoviçlə görüşü təxminən 2 saat davam edib, söhbət "sərt, lakin realistik" ruhda keçib.

Bundan əvvəl isə ABŞ Dövlət Katibinin müavini Victoria Nuland ABŞ-ın Ukraynadakı səfririnin müşayiətilə Kiyevin Avropa meydanına baş çəkərək, barrikadalarda duran etirazçılara peçenye və digər növ amerika qəlyanaltılar paylayıb.

BBC Ukrayna müxbirinin məlumatına əsasən, Victoria Nuland eləcədə polis kordonlarında duran Ukrayna Daxili Qoşun əsgərlərinə də peçenye təklif edib, və onların təklifdən imtina etmədiyi xəbər verilir.

Bu arada Avropa İttifaqının Xarici Siyasət məsələləri üzrə Ali Nümayəndəsi Catherine Ashton Kiyevdə Ukrayna vətəndaş cəmiyyətinin təmsilçilərilə görüş keçirib.

Yanukoviş - Ashton
Şəklin alt yazısı, Catherine Ashton Kiyevdə prezident Viktor Yanukovişlə görüşüb

Görüşdən sonra o, bir daha prezident Yanukovişçlə görüşmək niyyətində olduğunu bildirib.

Bu gün səhər Catherine Ashton, paytaxtda hökümət qüvvələrinin Avropa meydanını dağıtmaq çəhdini kəskin tərzdə pisləyib.

Avropa İttifaqının Xarici Siyasət məsələləri üzrə Ali Nümayəndəsinin Ukrayna vətəndaş cəmiyyəti nümayəndələrilə görüşdə Eurovision mahnı müsabiqəsinin qalibi müğənni Ruslana da iştirak edib.

Polis meydanından geri çəkilməli olub

Kiyevdən BBC Rus xidmətinin xəbər verdiyinə görə Ukrayna Daxili İşlər Nazirliyinin "Berkut" xüsusi təyinatlı qüvvələrinin paytaxt meriyası binasına hücum edərək etirazçılardan təmizləmək cəhdi alınmayıb.

Son məlumatlara görə "Berkut" dəstəsi Kiyev meriyası binadan geri çəkilməyə başlayıb.

Bundan əvvəl Ukrayna paytaxtında etirazçıların sığındığı Kiyev şəhər meriyası binasına "Berkut" Ukrayna DİN xüsusi təyinatlıların hücuma keçdiyi xəbərləri verilmişdi.

Lakin binadakı Avropa Meydanı aksiyası iştirakçıları polis qüvvələrinə ciddi müqavimət göstərməyə nail olublar.

Binaya hücum zamanı ikinci mərtəbəyə sığınmış etirazçılar pəncərələri açaraq xüsusi təyinatlıları şırnaqlardan qaynar su ilə sulamağa başlayıblar, binanın müdafiəsi zamanı etirazçılar tüstü şaşkalarından da istifadə ediblər.

Nəticədə, ciddi müqvimətlə üzləşmiş Berkut xüsusi təyinatlıları bir müddətdən sonra geri çəkilməyə başlayıblar.

Polis qüvvələri meydana daxil olub

Çərşənbə səhərinə keçən gecə minlərlə Ukraynanın xüsusi təhlükəsizlik və hərbi qüvvələri mərkəzi Kiyevdə İnstitut küçəsində barikadaları dağıtmağa nail olub.

Daxili qüvvələr və Berkut həmçinin müxalifətin çadır şəhərciyinin ərazisinə də daxil olub.

Şahidlər xəbər verir ki, Avropa Meydanında tez-tez polislə nümayişçilərin qarşıdurması baş verir.

Müxtəlif zədələr almış zərərçəkənlərin olması məlumatı verilir. Hələlik onların dəqiq sayı bəlli deyil.

"Həmkarlar evi mühasirəyə alınıb. Qapıda 30 üzü maskalı və dəyənəkli adamlar dayanıb. Deyirlər ki, medianı burada qovublar", BBC Ukrayna Xidməti bildirir.

Müxalifət partiyası "Udar"ın lideri Vitaliy Kliçko deyir ki, hökümətlə barışığa getmək mümkün deyil.

"Onları rədd etmək lazımdır. İndi əsas həll ediləsi bir məsələ var: Yanukoviçin və onun bütün çürük hakimiyyətinin istefası".

"Batkivşina" fraksiyasından deputat Andrey Şevçenkonun sözlərinə görə, hazırda mərkəzi Kiyevdə baş verənlər elan edilməmiş fövqəladə haldır.

BBC Ruscanın müxbiri Olqa İvşina deyir ki, səhər açılandan meydanda insan sayı artır.