Ukrayna: mitinqə hazırlıq ərəfəsində etirazçılar azad olunub

Dəyirmi masa
Şəklin alt yazısı, Dəyirmi masada Ukrayna prezidenti zorakı addımlara moratorium qoymaq təşəbbüsü ilə çıxış edib.
Çap edildi

Avrointeqrasiya tərəfdarları bazar gününə təyin edilmilş mitinqə qatılmaq məqsədilə paytaxt Kiyevə gəlməkdədirlər. Bu arada Kiyev məhkəməsi həbs edilən 9 etirazçını azad edib.

Cümə günü Kiyevdə müxalifət nümayəndələrilə dəirmi masaya qatılan Ukrayna prezidenti deyib ki, həbs edilmiş etiraz iştirakçıları amnistiya olunmalıdır.

Viktor Yanukoviç müxalifət-hökumət danışıqları keçirildiyi müddətdə güc addımlarına moratoriumun elan olunmasını təklif edib.

Şənbə günü Kiyevin Müstəqillik meydanında gecələyən etirazçılara bölgələrdən gələnlər qatılıb.

Onlar Avropa İttifaqı ilə daha yaxın əlaqələrin qurulmasını nəzərdə tutan Assosiasiya sazişinin imzlanmasını tələb etməkdə qəraralı olduğunu deyirlər.

Cümə axşamı Ukrayna baş nazirinin müavini Sergey Arbuzov ölkəsinin “yaxın vaxtlarda” sazişə qatılacağını bildirib.

Rusiya Ukraynanın Avropa İttifaqı ilə saziş imzaladığı təqdirdə öz bazarına daxil olan Ukrayna mallarına yeni tariflərin tətbiq ediləcəyini bildirib.

Etiraz aksiyaları noyabrın 21-də Ukrayna prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamamasından başlayıb.