Avropa sammiti mühüm bank islahatını təsdiqləyəcək

Avropa Bankı
Şəklin alt yazısı, Yeni təşəbbüs avrozona tarixində ən qərarlı bank islahatlarından biri sayılır.
Çap edildi

Brüsseldə görüşən Avropa liderləri bankların bir mərkəzə bağlanılması ilə bağlı mühüm təşəbbüs paketini təsdiqləməlidirlər.

Bundan öncə bir neçə ay ərzində aparılan danışıqlardan sonra avrozonanın maliyyə nazirləri bank sektorunu tənzimləyən vahid qaydaları razılaşdırıblar.

Bu məqsədlə yaradılan yeni tənzimləyici orqan çətin vəziyyətə düşən bankları bağlamaq səlahiyyətinə malik olacaq.

Yeni təşəbbüs avrozona tarixində ən qərarlı bank islahatlarından biri sayılır.

“Biz bank birliyinin sonuncu hüquqi dirəyini təsis etdik”, Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble deyib.

Yeni təşəbbüsün Kipr, İtaliya və İspaniyada yaranan bank böhranlarının qarşısını almağa kömək edəcəyinə ümid bəslənir.