Kiyev: Ukrayna müxalifəti "Maydan" xalq birliyinin yaradıldığını bildirib

Çap edildi
Kiyevin "Nezalejnost Maydanında" (Müstəqillik meydanı) Ukrayna müxalifəti növbəti "xalq veçesi" (xalq məclisi) keçirib.
BBC Ukrayna xidməti müxbirinin sölərinə görə tədbirdə on minlərlə vətəndaş iştirak edib.
Müxalifət liderlərindən olan Oleh Tyahnıbok "Maydan" xalq birliyinin təsis edildiyini elan edib.
O, Maydana toplaşanları bir aya yaxın davam edən kütləvi etiraz aksiyasını davam etməyə çağırıb.
Müxalifət lideri Ukraynanın hər bir bölgəsində, şəhər və kəndlərdə, "Maydan" xalq birliyinin özəklərini yaratmağa çağırıb.
"Maydan" xalq birliyi həmsədrləri heyəti tərkibinə Ukraynanın müxalifət liderlərilə bərabər eləcə də müğənni Ruslana Lıjıçko və həbsdə olan sabiq baş nazir Yulia Timoşenko da daxil olublar.




















