Beyrut: partlayışda sabiq maliyyə naziri öldürülüb

Beyrutda güclü partlayış sabiq maliyyə naziri daxil olmaqla 5 adamın ölümünə səbəb olub.
Hücumda onlarla adamın yaralandığı bildirilir.
Partlayışla şəhər mərkəzindəki Phoenicia oteli zədələnib.
Bir müddət ABŞ-da Livanın səfiri işləmiş Məhhəmmıd Şəttah 2005-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilmiş baş bazir Rafiq Həririnin oğlu Səid Həriri hökumətinin üzvü olub.
Qonşu Suriyada konfliktin genişlənməsi Livanın daxili ziddiyyətlərini üzə çıxarıb ki, buda öz təzahürünü zorakılığın artmasında tapır.
Ötən ay Beyrutda İran səfirliyinə hücum edilib.
Avqustun 15-də isə cənubi Beyrutda baş verən partlayış nəticəsində 27 adam ölüb.
İyun ayında Suriyanın Livanla sərhədinə yaxın Qusairdə Suriya hökümətinin strateji qələbəsində Hizbullah döyüşçülərinin böyük rolu olmuşdu.
Livandakı sünni silahlıların Suriya prezidentinə qarşı vuruşduğu bir halda Tehranın dəstəklədiyi Hizbullah qrupu Bəşər Əsəd tərəfində döyüşür.
























