Çin “bir ailə - bir uşaq” siyasətini mülayimləşdirir

Ana ilə uşaq
Çap edildi

1970-ci illərin sonundan bəri tətbiq edilən qanunun mülayimləşdirilməsi üzrə qərar əhalinin yaşlanmasına cavab tədbir kimi düşünülüb.

Parlamentin daimi komitəsinin təsdiqlədiyi qanun layihəsinə görə yeganə övlad kimi böyüyən valideynlərin iki uşağı ola bilər.

Yeni qayda Xalq Nümayəndələrinin Məclisi tərəfindən rəsmi şəkildə təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Hərçənd ki, qaydalar qeyri-rəsmi şəkildə artıq bir neçə bölgədə tətbiq olunur.

Siyasi təhlilçilərə əsasən 1,349 milyard adamın yaşadığı Çində qanunu dəyişdirmək zərurəti məcburi addım olub.

Belə ki, qeyri-populyar “bir ailə -bir uşaq siyasəti” əhali arasında getdikcə daha çox narazılıq doğurub.

Digər tərəfdən bu addım əhalinin yaşlanması tempinin sürətlənməsinə çarə kimi görünür.

2050-ci illərdə 65 yaşlı vətəndaşların sayı 25 faizə çatacaq. Bu işçi bazarında çatışmazlıq və ciddi sosial problemlərə zəmin yarada bilər.