Praqa: Fələstin diplomatı partlayış nəticəsində həlak olub

Çap edildi
Çexiya paytaxtı Praqa şəhərində Fələstənli diplomatın evində partlayış baş verib - nəticədə səfir həlak olub.
Fələstin diplomatik missiyasının Çexiya paytaxtında rəhbəri, Jamal al-Jamal, partlayışdan sonra xəstəxanaya çatdırılıb, lakin aldığı yaralardan bir neçə saata keçinib.
Fələstin rəsmilərinin sözlərinə görə, partlayış diplomat çantasını götürərək yerini dəyişmək istəyərkən baş verib.
Çexiya polisi partlayışın əvvəlcədən planlaşdırılmış hücum olmadığını bildirib.
Partlayış nəticəsində xəsarət alan 52 yaşlı qadın da xəstəxanaya yerləşdirilib.
Hadisənin diplomatın ikimərtəbəli evində baş verdiyi qeyd olunur.
Fələstin rəsmilərinin sözlərinə görə, partlayış zamanı diplomat evində ailəsi ilə birlikdə olubmuş.




















