Ariel Şaronun vəziyyəti "daha da pisləşib"

2006-ci ildən komada olan İsrailin keçmiş Baş naziri Ariel Şaronun vəziyyəti "yavaş-yavaş və getdikcə pisləşir", həkimlər belə deyir.
Son məlumatda onlar deyiblər ki, onun həyatı hələ də təhlükə altındadır, amma o, ağrı içində deyil və mübarizə aparır.
85 yaşında olan cənab Şaronun bir neçə daxili orqanının, o cümlədən, böyrəklərinin çatışmazlığı aşkarlanıb.
2001-ci ildən İsrailin Baş naziri olan Ariel Şaron, 2005-ci ildə orta dərəcəli insult nəticəsində iflic olmuşdu.
2006-ci ildə onu daha bir və bu dəfə güclü insult vurandan sonra, o, koma vəziyyətinə düşür və o dövrdən bəri onun həyat fəaliyyəti "vegetativ vəziyyət" rejimində tibbi üsüllarla təmin edilməkdədir.
Cümə axşamı həkimlər onun durumunun kritik olduğunu bildirmişdilər.
"Testlər göstərir ki, onun daxili orqanlarında pisləşmə gedir... Onun vəziyyəti dəyişməyib. O, hələ də kritik vəziyyətdədir və onun həyatı təhlükə altındadır", həkim Zeev Rotstein cümə günü deyib.




















