Cənubi Sudanla bağlı sülh danışıqları başlayıb

Cənubi Sudandakı vuruşmaya son qoymaq üçün Efiopiya paytaxtı Əddis Əbəbədə danışıqlara start verilib.
Hökümət və üsyançıların nümayəndələri vasitəçilərlə görüşüblər, amma indiyə qədər iki tərəf arasında şəxsi görüş olmayıb.
Eyni zamanda ABŞ Cənubi Sudan səfirliyindəki heyətinin münaqişəyə görə "daha da azaldacağını" bəyan edib.
Ötən ay Prezident Salva Kiir və onun işdən çıxardığı müavini Riek Machar tərəfdarları arasında vuruşma başlayandan, ən azı 1000 adam ölüb.
180 000-dən çox adam köçkün düşüb və yardım işçiləri deyirlər ki, çoxu təmiz susuz, sığınacaqsız və kanalizasiyasız yaşayır.
Eyni zamanda üsyançıların idarə etdikləri Bor və Bentiu şəhərlərində gərginlik artır.
Hökümət nəzarəti bərpa etməyə çalışır, hər iki şəhərin ətrafında hərbi işçilərin çoxalmasına görə isə ağır vuruşmanın başlayacağı barədə narahatlıqlar çoxalır, BBC-nin paytaxt Juba-dakı müxbiri Alastair Leithead xəbər verir.




















