Suriya kimyəvi silahları: ilk yük gəmisi Latakianı tərk edib

BMT kimyəvi silahdan ibarət ilk yükün Danimarka gəmisində Suriyanın Latakia limanını tərk etdiyini təsdiqləyib.
Kimyəvi silah yükünü Çin, Danimarka, Norveç və Rusiya hərbi gəmiləri müşayiət edir.
Ən təhlükəli kimyəvi komponentlərin ölkədən çıxarılması Suriyanın kimyəvi arsenalının məhvinə dair BMT vasitəçiliyilə əldə edilmiş sövdələşmənin ilkin mərhələsidir.
Bundan əvvəl kimyəvi silahı çıxarmaq cəhdi Suriya rəsmilərinin toksik maddələri Latakia limanına vaxtında çatdıra bilmədiyinə görə alınmamışdı.
Silahların İtaliyaya çatdırılması, oradan isə ABŞ hərbi gəmisinə yüklənərək beynəlxalq sulara çıxarılması və titandan hazırlanmış xüsusi su anbarında məhv edilməsi nəzərdə tutulub.
ABŞ və Rusiya arasında Suriyada kimyəvi silahların məhvinə dair razılaşma avqustun 21-də, sarin maddəsilə dolu raketlərdən Dəməşq ətrafında yerləşən üç məntəqəyə atəş açıldıqdan sonra əldə edilmişdi.
Hücumlar zamanı yüzlərlə adam həlak olmuşdu.
Qərb ölkələri həmin raket zərbələrinin hökümət qoşunları tərəfindən edildiyini iddia ediblər, lakin prezident Bəşər Əsəd hadisəyə görə üsyançıların məsuliyyət daşıdığını bəyan edib.
























