Hindistanda qatar yanğınında ən azı 9 nəfər ölüb

Çap edildi
Hindistanda bir neçə sərnişin qatarının vaqonlarında yaranan yanğın nəticəsində biri qadın olmaqla, ən azı 9 nəfər həlak olub.
Alov Mumbaydan Dexradun şəhərinə gedən qatarın üç vaqonuna yayılıb.
Hindistanın dəmiryol sahəsinin nümayəndəsinin bildirdiyinə görə, sərnişinlər güman ki, kupedə yatan zaman tüstüdən boğulub.
Hazırda qəza yerində xilasedicilər və yanğınsöndürənlər işləyir.
Yanğının səbəbi müəyyən edilməyib.
Hadisə Maharaştra ştatında ikinci səviyyəli qatarda Bakı vaxtilə gecə 2-də baş verib.
Dekabrın 28-də Hindistanın cənub-şərqində yerləşən Andxra-Pradeş ştatında qatarda baş verən yanğın nəticəsində iki uşaq da daxil olmaqla 26 nəfər həlak olub.




















