İsrail ordusunun Qəzzaya raket atəşi açması ən azı 5 nəfəri yaralayıb

Şəklin mənbəyi, AP
İsrail hərbiçiləri Qəzza sektoruna raket atəşi açması dördü uşaq olmaqla, 5 nəfərin yaralanmasına səbəb olub, fələstinli həkimləri bildirir.
Cümə axşamı baş verən hadisədən öncə silahlılar İsrailin cənub şəhəri Aşkelona tərəf beş raket buraxıb.
Ordu nümayəndələrinin sözlərinə görə, raketlər ələ keçib.
Qəzza sakinlərinin qeyd edib ki, İsrailin zərbələri sektora hakim olan “Həmas” təşkilatının hərbi qanadı olan “Kassam” təlim baza briqadasın da yerləşdiyi beş müxtəlif obyektə düşüb.
Başqa bir reyd isə Qəzza şəhərinin şərqində yerləşən kənd təsərrüfatı ferması üzərinə raket buraxma şəbəkəsi ətrafında qeydə alınıb.
İsrail mənbələri cümə axşamı raket hücumlarının hər hansı xəsarətə səbəb olduğunu inkar edib.
İsrail hərbçiləri və Qəzza silahlıları arasında bundan əvvəlki ən uzun, səkkiz günlük atışma 2012-ci ilin noyabrında baş verib.




















