Netanyahunun oğlunun qeyri-yəhudi sevgilisi İsraildə qəzəb doğurub

Şəklin mənbəyi, AP
İsrail Baş nazir Benyamin Netanyahunun 23 yaşlı oğlunun şəxsi həyatı ölkədə geniş müzakirələrə səbəb olub.
Yair Netanyahunun norveçli tələbə Sandra Leikanger ilə ünsiyyətdə olması barədə məlumat yayılandan sonra bir çox mühafizəkar yəhudi siyasətçi və media qurumu Baş naziri sərt tənqid edib, AP xəbər agentliyi məlumat verir.
Cənab Netanyahunun ofisi və xanım Leikanger məsələni şərh etməyib.
Bəzi qruplar Yair Netanyahunu sevgi münasibətlərinə son qoymağa çağırıb. Baş nazirin qaynı bir xəbər agentliyinə deyib ki, bu addımla gənc Netanyahu "onu son dərəcədə sevən və onu böyüdən nənəsinin və babasının qəbirlərinə tüpürmüş olur".
Bazar ertəsi mühafizəkar Shas partiyasının rəhbəri Arieh Deri yerli radiostansiyaya deyib ki, Netanyahu "Yəhudi xalqın simvolu olduğuna görə" bu, şəxsi bir məsələ ola bilməz.
"Allah eləməsin, bu doğrudursa, böyük bir dərddir", AP cənab Deri-dən sitat gətirir.
Amma İsrailin keçmiş təhsil nazirinin fikrincə bu, Yair Netanyahunun öz işidir və dindarların reaksiyası "cəfəngiyyatdır".
"Onlar Yəhudi olmayanları, ortodoksal Yəhudi olmayanları bəyənmirlər", Yossi Sarid deyib. "Özlərini bütün digər fanatiklər kimi aparırılar".
























