Pakistan-Taliban danışıqları başlayıb

Şəklin mənbəyi, AP
İslamabadda Pakistan hökümətilə Taliban tərəfindən seçilən komanda arasında ilk rəsmi danışıqlara start verilib, rəsmilər deyib.
Onlar sülh danışıqları üçün "yol xəritəsi" çəkməyə başlamaq üçün nəzərdə tutulub.
Üç saat davam edən ilk sessiyada hökümət dörd fundamental şərt elan edib, o cümlədən düşmənçiliyə son qoymaq.
Bu həftə hökümət tərəfi Taliban komandasının tərkibi barədə aydınlaşdırma istəyəndən sonra danışıqlar təxirə salınmışdı.
Tehreek-e-Taliban Pakistan (TTP) qrupundan döyüşçülər 2007-ci ildəndir ki, Pakistanda qiyam həyata keçirirlər.
Danışıqlar ötən həftə, hücumlar silsiləsindən sonra Baş nazir Nawaz Sharif tərəfindən elan edilib.
Yanvar ayında əsgərlər də daxil olmaqla 100-dən çox adam taliblərin hücumları nəticəsində həlak olub.
Hökümətin əsas vasitəçisi İrfan Siddiqui deyib ki, hökümət komitəsi danışıqlarda "açıq fikirlə" iştirak edəcək, Pakistan Tribune qəzeti məlumat verir.
Hökümət tərəfində cənab Siddiqui-dən başqa jurnalist Rahimullah Yusufzai, keçmiş səfir Rustam Shah Mohmand və sabiq mayor Amir Shah olacaq.
TTP-nin komandası isə "Taliblərin atası" kimi tanınan Maulana Sami ul-Haq, İslamabadın Qırmızı Məscidinin əsas ruhanisi Maulana Abdul Aziz və İbrahim Khan-dan ibarət olacaq.
























