Twitter səhmləri dəyərini itirib

Çap edildi

Nyu York Birjasında ilkin yerləşdirilməsindən üç ay keçmiş Twitter səhmlərinin dəyəri 645 milyon dollar aşağı enib.

Çərşənbə günü keçirilən ticarət sessiyasından sonra Twitter səhmləri 12 faiz ucuzlaşıb.

Ötən ilin son rübündə şəbəkəyə 241 milyon aylıq istifadəçi daxil olub ki, bu da əvvəlki ilə nisbətdə cəmi 3.8 faiz artım deməkdir.

Eyni zamanda statistika göstərir ki, istifadəçilər xəbərlər lentinə daha az daxil olur.

İtki Twitter gəlirlərinin 110 faiz artdığını vurğulayan təhlilçilər üçün gözlənilməz olmayıb.

Lakin investorlar üçün daha böyük narahatlıq səbəbini istifadəçilərin sayının ləng artması təşkil edir.

"Bu xəbər Twitter-in bir platforma kimi nə dərəcədə aparıcı (şəbəkə) qaldığını sual edəcək”, - Sterne, Agee & Leach agentliyindən analitik Arvind Bhatia bildirib.

Şirkətin sərmayə müqabilində gəlir gətirməsi qabilliyətinə dair fikirlər haçalanıb.

Bundan əvvəl Twitter birbaşa messaj xidmətilə şəkillərin göndərilməsi kimi bir neçə təkmilləşdirmənin aparılcağını qeyd edib.

Twitter əksər gəlirlərini tvitlər vərdişlərilə bağlı məlumat və reklam yerinin satılmasından əldə edir.

Reklam gəlirlərinin üçdə biri mobil platformalar üzərindən daxil olur.