London: Şotlandiya müstəqil olarsa funtdan məhrum ediləcək

Şəklin mənbəyi, PA
Çap edildi
Birləşmiş Krallığın maliyyə naziri George Osborne deyib ki, Şotlandiya referendumunda müstəqillik üçün səs verənlər funt sterlinqə qarşı səs verirlər.
O deyib ki, Birləşmiş Krallığın qalan hissəsinin funt sterlinqi müstəqil Şotlandiya ilə bölüşməsinə "heç bir qanuni səbəb" yoxdur.
Şotlandiya höküməti istəyir ki, referendumda müstəqilliyə səs verilərsə, valyuta ittifaqı vasitəsilə sterlinq ölkədə qalsın.
Hakim Şotlandiya Milli Partiyasının rəsmisi Nicola Sturgeon deyib ki, cənab Osborne şotlandların "səfeh" olduğuna ümidlidir.
Cənab Osborne mövqeyini Edinburqda sentyabrın 18-də keçiriləcək referendumdan qabaq etdiyi çıxışda bildirib.
Maliyyə Nazirliyinin bu barədə yeni təhlilində deyilir:
- Müstəqil Şotlandiya "dəyişkən" enerji və maliyyə sektorlarındakı risklərə daha həssas olacaq
- Pul üzrə siyasətə nəzarəti daha yüksək olan ölkələr kəskin iqtisadi problemlərlə daha yaxşı mübarizə apara bilər
- Avrozonanı bürüyən böhran göstərib ki, sabit valyuta ittifaqını təmin etmək üçün razılaşdırılmış maliyyə qaydaları kifayət deyil
- Beynəlxalq qanunvericilikdə heç bir prinsip Birləşmiş Krallığı müstəqil Şotlandiya ilə valyutasını bölüşməyə məcbur etmir.




















